İKT

Rouminqdə qənaət etmək üçün – 10 LAYFXAK
12 İYUN
266

Rouminqdə qənaət etmək üçün – 10 LAYFXAK

2017-06-12 10:08:00
Məzuniyyət mövsümü start götürür. İstirahəti xaricdə keçirmək, amma vətənlə əlaqəni kəsməməyi hər kəs istəyər. Bəs necə edək ki, İnstagram-a qaynar-qaynar foto qoyub lakin rouminqə görə bir ətək pul ödəməyək? Necə edək ki, evə bir zəngə görə bir aylıq danışığın pulunu ödəməyək, ya korporativ poçtun yenilənməsinə - bir məzuniyyətin?
Vətəndə olarkən ilk növbədə nəyə üstünlük verdiyinizi seçin: zəng, ya internetə çıxış:
1. Seçdiyiniz istiqamət üzrə tarif və aksiyalar haqda məlumat toplayın;
2. Yolda sizə yararlı olacaq bütün zəruri proqramları yükləyin. Bu sizi səfər zamanı əlavə xərclərdən qoruyacaq;
3. Balansda cari tarif opsiyalarını seçmək üçün minimum məbləğin olub-olmamasını yoxlayın.
Qənaət üçün nə edək?
1. Smartfonunuzda tətbiqlərin avtoyenillənməsini söndürün;
2. Poçt və təqvimlə avtomatik sinxronlaşmanı söndürün;
3. Sosial şəbəkə və messencerlərdə mediyafaylların avtoyüklənməsini söndürün;
4. Facebook-da videoların yüklənməsini "yalnız sorğu əsasında" funksiyasını seçin;
5. WI-FI-dan mobil məlumatlara avtomatik keçidi söndürün;
6. Offlayn xəritələri öncədən yükləmək vacibdir;
7. Balansa diqqət yetirin;
9. Tanımadığınız nömrələrə cavab verməkdən çəkinin, bu reklam zəngləri ola bilər;
10. Uşaqlarınıza diqqət edin. Uşaq təsadüfən zəng edə, ya internetə girə bilər.

Xaricdə sim-kartınız işləmirsə nə etməli?

1. Telefonunuzu söndürüb yandırın və yerli operatorun şəbəkəsini əllə seçin;
2. Əllə şəbəkənin ikilli rejimini seçin.
Qeyd edək ki, yerli sim kart almaq daha sərfəlidir inamı bəzi hallarda özünü doğrultmur. Məsələn, Almaniyada ən ucuz paketin qiyməti 9,95 avrodan, 1 dəqiqəlik danışığın isə - 9 sentdən başlayır. ABŞ-da limitsiz zəng, SMS üstəgəl ~2.5GB 4G internetli müqavilə tarifinin orta qiyməti aylıq 60 dollara başa gəlir. Bundan başqa bir çox ölkədə qanuna müvafiq olaraq SİM-kartın qeydiyyatını aparmaq məcbur edirlər. Məsələn, Türkiyədə telefonun aktivləşdirilməsi üçün xüsusi ofisə getməli və ödəniş etməli olacaqsınız. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287