İKT

Google yeni xidmətini təqdim etdi
23 NOYABR
424

Google yeni xidmətini təqdim etdi

2016-11-23 09:07:00

Google özünün yeni xidmətini istifadəçilərinin ixtiyarına verib. Google istifadəçiləri istədikləri zaman istədikləri restoran kafe və barlarda nə qədər müştərinin olduğuna birbaşa online formada baxa biləcəklər. Bununla da insanlar hansı kafe və restorana getməyi asanlıqla qərar verə biləcəklər. Yeni proqram hətta müştərilərin adətən neçə saat həmin yerdə qaldıqlarını belə proqnoz edir.

Bəzi müştərilər sıxlıq olan yerləri heç də sevmir bu zaman "google"un bu xidməti həmin müştəriyə daha az müştəri olan yerləri göstərəcək və həmin şəxs seçdiyi restoranda vəziyətin nə yerdə olduğundan qabaqcadan xəbərdar olacaqdır. Amma əksinə də ola bilər məsələn gənclər yeni xidmətdən yararlanaraq hansı gecə klubunda daha çox insanların olduğunu öyrənib həmin yerə baş çəkə bilərlər. Qeyd dək ki bütün bu əməliyyatlar google map də aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272