İKT

Rəqəmsal TV-yə keçidlə dekoderin satışında – REKORD
01 NOYABR
1429

Rəqəmsal TV-yə keçidlə dekoderin satışında – REKORD

2016-11-01 15:49:00

Bu gündən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında tam olaraq açıq paketli rəqəmli televiziya yayımına keçilməsi ilə əlaqədar dekoderlərin satışında artım müşahidə olunub.

Trend-in məlumatına görə, gün əzrində 1000-dən artıq dekoder satılıb.

Qeyd edək ki, rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri (“Set-Top-Box”) istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. Bakı, Abşeron və Sumqayıt sakinləri bu qurğuları poçt şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər.

Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Belə ki, analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür.

Rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradacaq.

Xatırladaq ki, respublikanın digər ərazilərində tam olaraq rəqəmli televiziya yayımına cari ilin 1 dekabr tarixindən keçiləcək və analoq yayım dayandırılacaq.

Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən keçilib.

Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli “Qaynar xətt”nə zəng etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272