İKT

"Azercell"in yeni potensial səhmdarının adı açıqlanıb
24 OKTYABR
476

"Azercell"in yeni potensial səhmdarının adı açıqlanıb

2016-10-24 10:21:00

İsveçin telekommunikasiya nəhəngi "TeliaSonera" səhmdarı olduğu "Fintur Holdings"in satışı prosesinə 2017-ci ildə başlayacaq. Bu barədə şirkətin açıqlamasında deyilir.

"Fintur Holdings"in səhmlərinin bir qismi "Türkcell" şirkətinə məxsusdur. "Fintur Holdings"in potensial alıcılarından biri də məhz Türkiyənin mobil operatorudur. Bildirilir ki, hazırda tərəflər arasında danışıqlar davam etdirilir.

Bundan öncə "TeliaSonera" bildirib ki, tədricən Avrasiya regionundakı iştirakını dayandıracaq. Şirkət "uzun illərdir yerli tərəfdaşlarının korrupsiyaya uğramasına dair araşdırmalardan yorulduğunu" bildirib.
Şirkət artıq Nepal və Özbəkistandakı aktivlərini satıb.

"TeliaSonera"nın Avrasiya regionundakı aktivləri "Fintur Holdings" tərəfindən idarə olunur. Söhbət "Azercell" (Azərbaycan), "GeoCell" (Gürcüstan), "KCell" (Qaxaxıstan), "MoldCell" (Moldova) kimi aktivlərdən gedir.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271