İKT

Hansı ölkə internetlə daha çox alış-veriş edir?
28 SENTYABR
327

Hansı ölkə internetlə daha çox alış-veriş edir?

2016-09-28 16:09:00

Böyük Britaniya sakinləri 2015-ci il ərzində onlayn mağazalarda 56,4 milyard avro dəyərində alış-veriş həyata keçiriblər.
Bu barədə “PostNord” logistik şirkətinin avropalıların alıcılıq vərdişləri barədə keçirdiyi tədqiqatda bildirilir.
Qeyd edilir ki, Böyük Britaniyada internet vasitəsilə alıcılığın həcmi ümumavropa alıcılıq həcminin üçdə birini və ya 29,8 faizini təşkil edir. İnternet alıcılığında ikinci yeri Almaniya və Skandinaviya ölkələri tutur.
Bildirilir ki, 2015-ci ildə 253 milyon avropalı internetdə 189 milyard avro dəyərində məhsul alıb. Bu göstərici 2014-cü illə müqayisədə 9 milyard avro artıb.
Logistika şirkətindən bildirilib ki, internet vasitəsilə alış-veriş edərkən məhsulun çatdırılmasının qiyməti müştəri üçün əsas amillərdən biridir. Bundan sonra müştərilər çatdırılmanın sürəti və variantlarına diqqət yetirirlər. Tədqiqatda həmçinin məlum olub ki, 176 milyon insan xarici internet mağazaları saytlarından alış-veriş edirlər. Vurğulanır ki, son bir ildə belə alıcılığın sayı 17 milyon artıb.
Həmçinin bildirilir ki, Böyük Britaniya və Almaniya ən populyar onlayn məhsul distribütorlarının siyahısına başçılıq edirlər. Bundan əvvəl isə bildirilib ki, onlayn alış-verişin artımı vasitəçiləri təhdid edir.

Mənbə: lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271