İKT

Logistika sahəsini dəyişdirəcək – 6 TEXNOLOGİYA
27 SENTYABR
317

Logistika sahəsini dəyişdirəcək – 6 TEXNOLOGİYA

2016-09-27 17:49:00

Yaxın 5-15 ildə logistika sənayesi kəskin dəyişəcək. “DHL” şirkətinin innovasiyalar üzrə vitse-prezidenti Markus Kyukelhaus iddia edir ki, 2030-cu ilə logistika sənayesini dəyişdirəcək 6 texnologiya mövcuddur.

Kyukelxaus “Nordic Delivery Conference 2016” konfransı çərçivəsində öz fikirlərini  bölüşüb. Onun sözlərinə görə, aşağıdakı 6 texnologiya növbəti 5-15 ildə logistika sahəsini dəyişdirəcək:
 
Böyük məlumatlar

“DHL” şirkəti risklərin idarəetməsi sahəsində böyük məlumatların tətbiqinə əsaslanan sınaqlar keçirib, buna görə şirkət öz müştəri və tədarükçülərinə uğursuz çatdırmalarla bağlı məsləhət verə bilər. 
 
Sensor texnologiyalar

“DHL” logistikada sensor texnologiyalardan istifadəni genişləndirmək niyyətindədir, logistika sahəsində hərəkət və dərinlik sensorlarının istifadəsində böyük potensial görür.
 
Artırılmış reallıq

“DHL” şirkəti artırılmış reallıq eynəyi ilə bir sıra uğurlu sınaqlar keçirib. Belə eynəklər məhsulun olduğu  və çatdırma yerini göstərən ştrix kod və siyahıları skan edə bilər. Bundan başqa, şirkət Avropa, ABŞ və Asiyada yerləşən mal anbarları üçün “ağıllı” eynək istehsal edir.
 
3D çap

“DHL” anbarlarda olan məhsul tipləri üzərində “3D” çap texnologiyasından istifadəyə əsaslanan sınaqlar keçirib. Məhsulların təxminən 80%-i “3D” çap üçün əlverişli deyil. Bununla belə, “DHL” şirkəti “3D” çap texnologiyasından istifadədə böyük potensial görür.
 
Robotlar

Dünyada məhsul anbarlarının təxminən 80%-i əlin köməyi ilə idarə olunur. İndi “DHL” şirkəti anbar operatorları ilə yanaşı işləmək qabiliyyətinə malik robotları sınaqdan keçirir.
 
Pilotsuz uçan aparatlar

“DHL” şirkəti pilotsuz uçan aparatları çox perspektivli texnologiya hesab edir. Şirkət 2016-cı ilin mayında Almaniyada “Parcelcopter” adlı şəxsi pilotsuz uçan aparatını sınaqdan keçirib. Dronlardan istifadə zamanı rast gəlinə bilən ən böyük çətinliklər bu normativ aspektlərdir.

Mənbə: ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272