İKT

Yeni «iPhone 7» təqdim edildi – GÖSTƏRİCİLƏR, QİYMƏT
08 SENTYABR
947

Yeni «iPhone 7» təqdim edildi – GÖSTƏRİCİLƏR, QİYMƏT

2016-09-08 10:30:00
“Apple” korporasiyası Kaliforniyadakı mənzil-qərargahında yeni “iPhone 7” və “7 Plus”- təqdim edib.
 
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, yeni smartfon şüşə və alüminiumdan ibarət dairəvi korpusa sahibdir. Bundan əlavə smartfonda basılma təzyiqi tanıyan və “Taptic Engine” üzrə yenilənmiş “Home” düyməsi var. Yeni modelər suya davamlı olacaq. Belə ki, yenilənmiş versiyada telefon 2 steriodinamikə malik və “iP 67” standartı üzrə toz və sudan qorunur.
 
Yeni smartfonda 3.5 mm-lıq qulaqcıq artıq tarix oldu. İndi qulaqcıq “Lightning” portu vasitəsilə qoşulur. Təqdimat zamanı şirkət həm də hərəkət sensorları və W1 elektron hesablayıcı (çip) quraşdırılmış, simsiz “AirPods” qulaqcıqlarını da təqdim edib.
 
“iPhone 7 Plus”un iki arxa kamerası var. iPhone 7 kamerası 60 FPS, 4K Keyfiyyət ilə  təqdim edilib. Yeni modellərdə kamera ilə çəkilən şəkillər 50% daha parlaq, fokuslanma isə daha stabil olacaq. “iPhone 7”nin Ön kamerası 7 MP, arxa kamerası isə 12 MP-dir.
 
 
 “iPone 7” 2 tərəfli 12 meqapiksellik sensor kameraya və şəkilin optik sabitləşmə funksiyasına malikdir. Şəkillər yenilənmiş “iP 7” çip əsasından emal olunacaq.
 
Müştərilər yeni “iPhone”-ları 4 rəngdə (qızılı, boz, çəhrayı və qara) əldə edə biləcəklər.
Təqdimat zamanı “Apple” yenilənmiş və bir çox əlavə funksiyaları olan (əsas da daha optimallaşdırılmış “Siri” səs köməkçisi) “iOS 10” proqram təminatını da diqqətə çatdırıb.
 
Onların qiymətlərinə gəldikdə isə “iPhone 7”-nin 32 qiqabaytlıq versiyası müştəriyə 649 dollara başa gələcək. “iPhone 7 Plus” qiyməti isə 749 dollardır. Smartfonlar daxili yaddaş həcmi 32, 128 və 256 qiqabayt olan versiyalarda satışa çıxacaq.
 
Yeni cihazlar üçün öncədən sifarişi sentyabrın 9-dan rəsmiləşdirmək olar. Nəzərdə tutulub ki, “ilk dalğa” ölkələrində satış sentyabrın 16-dan başlayacaq. “İkinci dalğa” ölkələrinin müştəriləri isə sentyabrın 23-dən yeni “iPhone”ləri əldə edə biləcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274