İKT

Maliyyə dünyasını kökündən dəyişən cihazlar
05 İYUL
684

Maliyyə dünyasını kökündən dəyişən cihazlar

2016-07-05 13:00:00

Ödəniş terminalı:

Ödəniş terminallarına hazırda bir çox məkanda rast gəlmək olar. Bu isə təəccüblü deyil, axı onlar sayəsində hesabımıza pul yatıra, kommunal və digər xərcləri ödəyə bilirik. Ödəniş terminalları funskional baxımdan bankomatlar ilə oxşardırlar. Lakin onlar arasındakı əsas fərq bankomatların daha yüksək təhlükəsizliyə sahib olmasındadır.

Dünyada ilk ödəniş terminalı 1977-ci ildə İllinois ştatının universitetində yaradılmışdır. Onun yaradıcısı isə Mürrey Lappe-dir. Bu cihaz Plato kompüter sisteminin bazasında yaradılmışdı və məlumatların daxil edilməsi üçün nəzərdə tutulmuş plazmalı sensor ekrana sahib idi. Tələbə kapüsündə quraşdırılmış ilk terminal tələbələrə, müəllimlərə və qonaqlara simvolik ödəniş qarşılığında nəqliyyat cədvəli, filmlərin yayımlanması, tədris kursları haqqında məlumat əldə etməyə imkan verirdi. Təqribən 1 ay ərzində bu cihazdan 30 000-dən çox insan istifadə etmişdi.

POS-terminal

Bank kartları keçən əsrin ən faydalı ixtiralarından biridir. İllər keçdikdə onun funksiyaları da inkişaf etdi. Hazırda kiçik qasidlər və mağazalar istisna olmaqla hər hansı bir ticarət nöqtəsi kartla ödənişə imkan yaratmadıqda bu böyük təəccüblə qarşılanır. Müəssisələr tərəfindən ödəniş vasitəsi olaraq bank kartının qəbul edilməsi POS-terminallar olmadan mümkün olmazdı.

ABŞ-da ilk bankomatın istifadəyə verilməsindən 4 il sonra EFTPOS adlı elektron ödəniş terminalları peyda olmuşdu.

Smartfon:

Smartfonlar həyatımızı birdəfəlik olaraq dəyişib. Müasir dövrün insanı üçün bu cihazlar ünsiyyət, əlaqə yaratmaq, internetə qoşulma və əyləncə üçün əvəzedilməz bir alətə çevrilib. Başqa sözlə desək, smartfonlar bu gün ki günümüzdə maliyyə sahəsini də kifayət qədər əhatə edir.

Hazırda smartfon tamtəminatlı ödəniş aləti funksiyasını yerinə yetirə bilir. Müxtəlif smartfon istifadəçilərinin məhsullarını təchiz etdiyi NFC texnologiyası sayəsində təmassız ödənişlər həyata keçirmək mümkündür. Bundan əlavə, mobil telefonlar ilə ödəniş etmək məsələsində əsl inqilaba Apple şirkəti imza atmışdı. Belə ki, şirkət özünün Apple Pay adlı şəxsi mobil ödəniş sistemini təqdim edib. Müəyyən müddət keçdikdən sonra digər şirkətlər də Apple şirkətindən nümunə götürməyə başladı.

Gördüyümüz kimi, bir çox cihazlar gündəlik həyatımızda o dərəcədə ənənəvi hal alıb ki, bəzən dünyanın onlar olmadan hansı şəkildə olacağını təsəvvür belə etmirik. Yaşadığımız bu müasir dövrdə texnologiyalar böyük sürətlə inkişaf edir və bu səbəbdən də, yeni alətlər tək maliyyə sahəsini deyil, bütün həyatımızı köklü şəkildə dəyişə bilər.

Mənbə: Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274