ƏMLAK

Bakıda məcburi köçkünlərin ən çox yaşadığı RAYON AÇIQLANDI
10 OKTYABR
196

Bakıda məcburi köçkünlərin ən çox yaşadığı RAYON AÇIQLANDI

2019-10-10 11:50:00

"Bakı şəhərindəki yataqxanalarla bağlı yaradılan komissiyanın rəyi Nazirlər Kabinetinə təqdim olunub".

Fins.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, komissiya yataqxanalarda elektrik naqillərinin vəziyyətini də yoxlayıb: "Baş nazirin müavini Əli Əhmədovla birlikdə bununla bağlı üç dəfə geniş iclas keçirilib. Hazırda bu komissiyanın rəyi Nazirlər Kabinetinə təqdim olunub".

R.Rzayev qeyd edib ki, Bakıda ailə sayına görə ən çox məcburi köçkün Binəqədi rayonunda yaşayır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır