ƏMLAK

Azərbaycanlılar bu ölkədə hər gün 3 mənzil alıblar
17 İYUL
628

Azərbaycanlılar bu ölkədə hər gün 3 mənzil alıblar

2019-07-17 18:01:00

Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.

Fins.az Marja-ya istinadən xəbər verir ki, 2019-cu ilin İyun ayında azərbaycanlılar Türkiyədə 67 mənzil alıblar. 2018-ci ilin İyun ayında azərbaycanlılar Türkiyədə 82 mənzil almışdılar.

2019-cu ilin Yanvar-İyun dövründə (ilk 6 ayda) isə azərbaycanlılar Türkiyədə 531 mənzil alıblar (orta hesabla hər gün 3 mənzil). 2018-ci ilin eyni dövründə bu say 414 idi. 

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 10-cu yerdədir. İyun ayında Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar -   429 mənzil. İraqlıların ardınca 415 mənzil ilə İran, 190 mənzil ilə  Rusiya vətəndaşları gəlirlər. 

Türkiyədə xaricilərə mənzil satışı 30% artıb
 
Əcnəbilərə mənzil satışları ötən ilin İyun ayı ilə müqayisədə 30,5% artaraq 2 min 689 olmuşdur. Əcnəbilərə mənzil satışlarında birinci yeri 1 009 mənzil satışı ilə İstanbul tutub. Növbəti yerlərdə 668 mənzil satışı ilə Antalya, 134 mənzil satışı ilə Ankara, 123 mənzil satışı ilə Yalova və 122 mənzil satışı ilə Bursa gəlir.

Türkiyədə mənzil satışları İyun ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 48,6 faiz azalıb. Mənzil satışları 2013-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. İpoteka yolu ilə mənzil satışları illik 84.6% azalıb, qeyd etdiyimiz kimi, xaricilərə mənzil satışları 30% artıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır