ƏMLAK

Əmlakın qeydiyyatında yeni layihə - BAŞLAYIR
31 OKTYABR
545

Əmlakın qeydiyyatında yeni layihə - BAŞLAYIR

2018-10-31 11:07:00
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir yeni layihəyə start verir.

Komitədən Fins.az-a verilən məlumata görə, artıq dövlət reyestrindən çıxarış almaq üçün şəxslərin təqdim etdiyi sənədlərin arxiv əsasının olub-olmadığı anındaca onlayn müəyyənləşəcək.

Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə Milli Arxiv İdarəsi arasında imzalanacaq memorandum nəticəsində reallaşacaq.

Tədbir noyabrın 1-i saat 10:30-da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında (Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31, Elmlər Akademiyası metrosunun arxası) baş tutacaq. 

Eləcə də bax:Şərurlu İsfəndiyar: "Bunu sübut edən şəxsə 100 ədəd mənzil bağışlayacam" - Azərbaycanın 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258