ƏMLAK

Yasamalda sökülən evlərə görə kompensasiyalar - AÇIQLANDI
08 AVQUST
722

Yasamalda sökülən evlərə görə kompensasiyalar - AÇIQLANDI

2018-08-08 11:56:00

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi (AAYDA) paytaxtın Yasamal rayonunda yeni yolun çəkilməsi ilə bağlı görülən işlərlə əlaqədar məlumat yayıb.

Fins.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli  açıqlamasında bildirib ki, yeni yolla bağlı artıq 75 evin söküntüsünə başlanılıb:

"Buna səbəb ərazidə 4 zolaqdan ibarət, müasir tələblərə cavab verən yolun çəkilməsidir. Yeni yol Şərifzadə küçəsi ilə Bakı xarici dairəvi yolu birləşdirəcək. Artıq plana düşən evlərin sakinlərinə kompensasiya verilib. Mənzillərin sahibləri evlərindən çıxarılıb və söküntüyə başlanılıb".

A.Nəcəfli bildirib ki, yeni yol Yasamal bazarının yaxınlığından, yəni "ASAN xidmət"in kənarı ilə çəkilir: "Ümumi uzunluğu 1310 metr olacaq yolun hər iki tərəfində piyadaların rahat hərəkəti üçün səkilər salınacaq, müasir işıqlandırma sistemləri qurulacaq".

Qurum rəsmisi ərazidə sökülən evlərə görə həmin mənzillərdə yaşayan ailələrə veriləcək kompensasiya barədə də danışıb: "Kompensasiya mənzilin yerləşdiyi əraziyə görə ödənilir. Mənzilin hər kvadratına görə, ailələrə 1200 manata qədər kompensasiya ödənilir. Ərazidə müxtəlif təyinatlı obyektlər yerləşir. Köçürülən ev və obyektlərin qanuni və qanunsuz olmasına baxmayaraq ev və obyekt sahiblərinə kompensasiyalar veriləcək. Artıq bəzilərinə kompensasiya verilir. Söküntüyə düşən hər daşınmaz əmlaka görə kompensasiya ödənilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255