ƏMLAK

İpoteka kreditləri üzrə məbləğ artırıldı
24 NOYABR
1334

İpoteka kreditləri üzrə məbləğ artırıldı

2016-11-24 19:47:00

Xəbər verdiyimiz kimi, bu gündən etibarən ipoteka kreditləri üzrə vətəndaşların müraciətlərinin qəbuluna başlanılıb.

Fins.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov təsdiq edilən yeni qaydalar üzrə diqqət çəkən məqamları sosial şəbəkədə açıqlayıb. O bildirib ki, bunlar həm sosial, həm də adi ipoteka  kreditləri üçün maksimum məbləğin 50 min manatdan 100 min manatadək artırılması, dövlət büdcəsindən ayrılacaq 50 milyon manat ilə yanaşı, istiqrazlar hesabına əlavə 50 milyon manatın, bütövlükdə 100 milyon manatın gələn il ipoteka kreditləşməsinə yönəldilməsi və elektron ipoteka sisteminin tətbiqidir:

Eləcə də bax: İpoteka kreditləri bu şərtlərlə veriləcək - YENİ QAYDALAR

“Elektron müraciətin tətbiqi çox vacib idi. Çünki bir sıra banklarda ipoteka almaqda süründürməçilik və hətta əlavə ödənişin istənilməsi halları var idi ki, bu da  kreditə əlçatanlığı xeyli dərəcədə məhdudlaşdırırdı. Elektron müraciət bu neqativ halları aradan qaldıra bilər. Bunun üçün elektron müraciətlərin şəffaf və hesabatlı şəkildə öyrənilməsi və cavablandırılmasına nəzarətin gücləndirilməsi vacibdir. Eyni zamanda, mənzil bazarında qiymətlər yüksək olduğu üçün 50 min manatlıq maksimum hədd də kifayət etmirdi və bu baxımdan rəqəmin 2 dəfə artırılmasına ehtiyac var idi”.

qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272