ƏMLAK

Mağaza 34 min manata – HƏRRACA ÇIXARILDI
08 NOYABR
278

Mağaza 34 min manata – HƏRRACA ÇIXARILDI

2016-11-08 08:41:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın  22-də növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, həmin gün respublikanın ayrı-ayrı rayonlarında yerləşən 36 kiçik müəssisə və obyekt özəlləşdirilməyə çıxarılacaq. Onların sırasında kafelər, dükanlar, qeyri-yaşayış sahələri, kiçik sexlər, mağazalar, təmir sexləri, yanacaqdoldurma  məntəqələri də var.  

Hərraca çıxarılan obyektlərdən biri də Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, 29 E ünvanındakı  104 saylı geyim mağazasıdır. Mağazanın ilkin satış qiyməti 40 min manatdır. Bunun 15%-i (6 min manat) əmək kollektivinə güzəştlə satılacaq. Qalan 85%-lik hissəsi isə 34 min manata hərraca çıxarılacaq. Hərracda iştirak etmək istəyən şəxslər onun dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər.

Mağaza 4 mərtəbəli binanın bir hissəsində yerləşir. Binanın yerüstü sahəsinin  4.5 kv.metr və zirzəmisinin 45.4 kv.metrində yerləşir. Obyektin ümumi faydalı sahəsi 49.9 kv.metrdir.Cəmi 1 nəfər işçisi var. Debitor və kreditor borcu yoxdur.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Abşeron rayonu üzrə:
ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 315 əlaqə telefonu: 349-21-83

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Xızı şəhəri üzrə: 
ünvan: Xızı şəhəri, Heydər Əliyev prospekti, 15 əlaqə telefonu: (kod 02331) 5-01-48

Gəncə şəhəri üzrə: 
ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76

Cəlilabad şəhəri üzrə:
ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 151 əlaqə telefonu: (kod 02524) 5-50-03

Oğuz şəhəri üzrə:
ünvan: Oğuz şəhəri, Heydər Əliyev küçəsi, 64 əlaqə telefonu: (kod 2421) 5-26-44

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272