ƏMLAK

Yanacaqdoldurma məntəqələri satışa çıxarılır
31 OKTYABR
305

Yanacaqdoldurma məntəqələri satışa çıxarılır

2016-10-31 11:01:00

ƏMDK-nin noyabrın 22-də elan etdiyi hərracda isə ümumilikdə 78 dövlət əmlakı satılacaq. Bunlardan 36-sı kiçik müəssisə və obyekt, 26-sı səhmdar cəmiyətlərin 30-45%-lik səhm paketi, 16-sı isə istifadəsiz əmlaklardır. Komitədən fins.az-a verilən məlumata görə, hərraca çıxarılan kiçik müəssisə və obyektlərə mağaza, yeməkxana, YDM, avtodayanacaq, məişət evi, emalatxana, anbar, çayxana, kafe, şadlıq evi, dərzi sexi, videosalon və sair aiddir. Bu dəfə hərraca 5 yanacaqdoldurma məntəqəsi çıxarılıb.

Onlardan biri Qaradağ rayonunun Ələt qəbəsəsində, biri Xızıda, 3-ü isə Sumqayıt ərazisçində yerləşir. YDM-lər yerləşdikləri torpaq sahəsi ilə birlikdə satılacaq. Məntəqələrin ilkin satış qiymətləri Xızıda 31 min manat, digər ərazilərdəki isə 90-125 min manat arasında dəyişir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275