ƏMLAK

Daha 31 dövlət əmlakı özəlləşdirildi – HƏRRAC
25 OKTYABR
226

Daha 31 dövlət əmlakı özəlləşdirildi – HƏRRAC

2016-10-25 12:15:00

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün  oktyabrın 25-də növbəti hərrac keçirib. Komitədən fins.az-a verilən xəb ərə görə, bu dəfəki hərracda ümumilikdə 31 dövlət əmlakı özəlləşdirilib.

Hərracda satılan əmlakların 3-ü səhmdar cəmiyyəti, 16-sı kiçik dövlət müəssisə və obyekti, 3-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsi olub.

Hərracda özəlləşdirilən 3 iri dövlət müəssisəsindən “SAM” səhmdar cəmiyyəti sənaye, “İsmayıllı Kəndkimya” ASC aqrar, “Zaqatala Avtonəqliyyat” ASC isə nəqliyyat sahəsinə aid olan müəssisələrdir. Regionlarda yerləşən belə dövlət əmlaklarının özəlləşdirilməsi bu müəssisələrə irihəcmli investisiya qoyuluşlarına yol açacaq.  Belə müəssisələrin istehsal fəaliyyətinin bərpası və gələcəkdə yeni iş yerlərinin yaradılması son nəticədə regionların iqtisadi potensialının güclənməsinə imkan yaradır.

Hərracda satılan kiçik dövlət müəssisə və obyektlərindən  6-sı paytaxtda,  2-si Sumqayıtda,  3-ü Şəmkirdə, 2-si Gədəbəydə, 1-i Xaçmazda və 2-si isə Gəncə şəhərində yerləşir. Bu əmlakların 9-u ticarət obyekti, qalanları isə xidmət və ictimai iaşə sahəsinə aiddir.

Özəlləşdirilən  3 istifadəsiz qeyri-yaşayış sahəsinin hamısı Bakı şəhərində yerləşir. Özəlləşən hər bir kiçik dövlət əmlakı kiçik sahibkarlığın qurulması və biznesin inkişafı üçün əlverişli daşınmaz əmlaklardır. Hərracda belə əmlakın sahibi olan fiziki və ya hüquqi şəxs kiçik investisiya ilə yeni biznes fəaliyyətinə başlaya və özəlləşdirdiyi əmlakı digər formalarda gəlir mənbəyinə çevirə bilər.

Qeyd edək ki, bu hərrac da tamamilə açıq və şəffaf şəraitdə baş tutub və istənilən vətəndaşın və ya media üzvünün iştirakına heç bir məhdudiyyət olmayıb. Həmbuhərracın, həmdə respublikanındigər şəhərvə rayonlarındakeçirilənhərraclarıngedişatı əyanimüşahidə şəklində böyükmonitorlardacanlı izlənilib.

Xatırladaqki, növbəti  belə hərrac  01 noyabrdakeçiriləcəkvə 101 dövlətəmlakı satışa çıxarılıb.

Qeydedilməlidirki, hərracdaiştirak üçünkomitəninelektronxidməti (www.e-emdk.gov.az) üzərindənsifariş verməkvə əmlakınhərracdakı satış qiymətinin 10%-iməbləğində behibankvasitəsilə ödəməkkifayətedir. Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir məlumatı 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində almaq mümkündür. Yaxın gələcəkdə “onlayn hərrac”ların tətbiqi xarici investorlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərraclarda internet üzərindən onlayn rejimdə iştirak etməyə imkan verəcək.

Qeydedəkki, özəlləşməyə çıxarılanhərbirdövlətəmlakınınsatış qiyməti, habelə mətnvə fotoməlumatlar, eləcə də əmlaklarınyerləşmə mövqeyinigöstərənxəritələr (googlemap) Özəlləşmə Portalındaəksolunur. Bütün bunlar investorlar və özəlləşdirmədə iştirak etmək niyyəti olan potensial iştirakçıların satılan əmlaklar barədə daha geniş məlumata malik olmasına imkan verir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275