ƏMLAK

Yerli istehsal olmasa, tikinti sektoru inkişaf etməyəcək
19 OKTYABR
262

Yerli istehsal olmasa, tikinti sektoru inkişaf etməyəcək

2016-10-19 13:02:00

"Yerli keyfiyyətli inşaat materialları olmadan tikinti sektorunun inkişafı asan olmayacaq". 

Fins.az-ın verdiyi məlumata əsasən, bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov "BakuBuild-2016" sərgisinin açılışında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, keyfiyyətli işi həyata keçirmək üçün eyni zamanda ucuz və keyfiyyətli inşaat materiallarına ehtiyac var. 
"Statistika göstərir ki, bu gün Azərbaycanda istifadə olunan tikinti materialların əksəriyyəti xarici ölkələrdən idxal olunur. Bunlar əsasən üzlük materialları, daxili bəzək işlərində istifadə olunan materiallar, kirəmit materialları, izolyasiya materialları və sairdir. 
Lakin yerli bazarda istehsal olunan ucuz və keyfiyyətli inşaat materialları və məmulatları olmadan Azərbaycan tikinti sektorunun gələcək inkişafını təmin etmək o qədər də asan deyil".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274