ƏMLAK

Neft Fondunun Londondakı əmlakı ucuzlaşacaq
30 SENTYABR
695

Neft Fondunun Londondakı əmlakı ucuzlaşacaq

2016-09-30 11:49:00

Gələn ilin sonunadək Londonun mərkəzi hissəsində yerləşən ofislərin qiyməti 30% azala bilər. 

Bu barədə "Deutsche Bank"ın hesabatında deyilir.

Daşınmaz əmlakın ucuzlaşmasına Böyük Britaniyanın Avropa İttifaqından çıxması göstərilir.

Hesabatın müəllifi Saymon Uolles bildirib ki, qiymətlər hazırda da azalmaqdadır, lakin gələn il bu proses daha da sürətlənəcək: "Biz Londonun daşınmaz əmlak bazarına investisiya yatırmaq istəyən investorlara gələn ilin sonunadək gözləməyi tövsiyə edirik".

S. Uolles əlavə edib ki, tarixən Londonun daşınmaz əmlak bazarında qiymətlər tez-tez dəyişir. "Nəzərə alsaq ki, Böyük Britaniya ilə Avropa İttifaqıarasındakı danışıqlarda qeyri-müəyyənlik hələ də davam edir, London uzun müddət müstəsna bazar olaraq qalacaq". 

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Londonda daşınmaz əmlaka sahibdir. Əmlak Seynt Ceyms küçəsi 78 (mərkəzi küçələrdən biri) ünvanında yerləşir. 2015-ci ildə həmin əmlakın icarəsindən Fond 9 mln. 648,048 min funt sterlinq gəlir əldə edib. "Knight Frank LLP" həmin əmlakı 217 mln. funt sterlinqi dəyərində qiymətləndirib. Belə çıxır ki, gələn ilin sonuna əmlakın dəyəri təxminən 151,9 mln. funt sterlinqi ətrafında dəyişəcək.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275