ƏMLAK

Gəncədə bu mağaza hərraca çıxarıldı – 17 500 MANAT
22 AVQUST
333

Gəncədə bu mağaza hərraca çıxarıldı – 17 500 MANAT

2016-08-22 16:50:00

ƏmlakMəsələləri Dövlət Komitəsinin (ƏMDK) sentyabrın 14-də keçirəcəyi daşınmaz əmlak hərracında regioanlardakı kiçik müəssisə və obyeklər  də satışa çıxarılacaq. Komitədən fins.az-a verilən xəbərə görə, həmin obyektlərin ümumi sayı 28-dir. Sentyabrın 20-də isə regionlara aid 32 kiçik müəssisə və obyekt hərraca çıxarılacaq.

Onlardan biri Gəncə şəhərindəki 37 saylı idman malları mağazasıdır. Obyekt Nizami rayonu, Nizami küçəsi, 201D ünvanında ümumilikdə 107.6 kv.metrlik sahədə yerləşir. Mağazanın faydalı sahəsi 97.4 kv.metrdir.

Obyektin ilkin satış qiyməti 17 500 manat dəyərləndiriib. Hərracda iştirak etmək istəyənlər mağazanın dəyərinin 10 faizi həcmində - 1 750 manat beh ödəməlidir. Həmin vəsait ƏMDK-nın     Mərkəzi Bankdakı

AZ65 NABZ 0136 1150 000 0000 4944 nömrəli

hesablaşma hesabına köçürülməlidir.

Qeyd edək ki, idman malları mağazasının debitor  borcu yoxdur. ANcaq  146 manat  kreditor borcu qalıb. Obyekt indi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındadır.

Xatırladaq ki,  hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyalarında keçiriləcək. İştirak etmək üçün aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək müvafiq hərrac komissiyasına  təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272