ƏMLAK

«Sovetski» ətrafında evlər bahalaşacaq
05 AVQUST
657

«Sovetski» ətrafında evlər bahalaşacaq

2016-08-05 15:47:00

Yasamal rayonundakı «Sovetski» kimi tanınan ərazinin yenidən qurulması onun ətrafındakı ərazilərdə mənzillərin qiymətlərinə təsir edəcək.  «MBA Group» konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov fins.az-a bildirib ki, adıçəkilən ərazilərdə evlər 12-15 faiz  bahalaşa bilər.

Eləcə də bax: “Sovetski” belə olacaq - FOTO+VİDEO

«Təcrübə göstərir ki, yaşayış binalarının yaxınlığında park, biznes və ya ticarət mərkəzləri, metro stansiyası və  digər  yeni bir obyekt tikiləndə həmin mənzillərin qiyməti  bahalaşır. «Qış parkı» salınandan sonra onun ətrafındakı evlərin qiyməti 17 faizə qədər artdı. Bu da «Sovetski»nin ətrafındakı mənzillərin və digər obyektlərin artacağını deməyə imkan verir». 

Qeyd edək ki, hazırda adıçəkilən ərazidə təmirli mənzillərin  1 kvadrat metri 1500-1600 manata, bəzən 2000 manata satılır. 

Xatırladaq ki, «Sovetski» kimi tanınan ərazidə artıq tikinti işlərinə

başlanıb. Burada 23 hektar ərazidə  geniş park və istirahət mərkəziyaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270