ƏMLAK

Bakıda mənzillər bahalaşır – AÇIQLAMA
03 İYUN
3578

Bakıda mənzillər bahalaşır – AÇIQLAMA

2016-06-03 11:27:00

Bakıda mənzillər son iki ayda bahalaşmağa başlayıb. Fins.az-ın məlumatına görə, elan saytlarında yanvar-fevral aylarında satışa çıxarılan mənzillərin qiyməti yenilənir. Alsat.az elan saytının rəhbəri Vaqif Hüseynov fins.az-a bildirib ki, son 2 ayda Bakıda mənzil satışı  kəskin aşağı düşüb.

Eləcə də bax: Bakıda kirayə evlər ucuzlaşdı – QİYMƏTLƏR

Belə ki,  mart ayına qədər elan vasitəsilə Bakıda 10-30 arasında ev satılırdı. İndi isə bu rəqəm 3-5-ə qədər azalıb. Amma buna baxmayaraq qiymətlər artmağa başlayıb. Belə ki, saytda daşınmaz əmlakla bağlı 5 minə yaxın satış elanı var. Son vaxtlar bunların təqribən 3 min elanın sahibi yenidən əlavə saxlayaraq qiymətləri artım istiqamətində dəyişiblər. 

40%-ə yaxın qiymət artımı

Qiymətlər 40 %-ə qədər artırılıb.  Məsələn, mart ayına kimi Yasamal rayonu ərazisində 2 otaqlı mənzillər 35-40 min manata satılırdısa, indi qiymətlər artaraq 60 min manat olub. Onun sözlərinə görə, hazırda Bakı ərazisində mənzillərin böyük hissəsi Xırdalan və Masazır ərazisində satılır. Buradakı 1 otaqlı mənzillər də əvvəl 20-25 min manata təklif edilirdisə, indi qiymətlər 35 min manata kimi yüksəlib.

Qiymət artımı nə ilə bağlıdır?

V.Hüseynov satışlarda durğunluğun olmasına baxmayaraq qiymətlərin artmasını iki səbəblə izah edib. Onun sözlərinə görə,  köhnə qiymətli evlərlə bağlı müraciətlər artır. Yəni alıcılar dərhal aşağı qiymətli evlərlə maraqlanırlar.Məsələn, eyni blokda, eyni mərtəbədə evlərdən biri 50 min manata, digəri isə 80 min manata təklif edilir.Müraciətlərin artdığını görən digər qonşuda evin qiymətini 50 min manatdan 80 min manata yüksəldir.Digər tərəfdən yay aylarında dolların yenidən bahalaşacağı gözlənilir. Yəni, FED-in bahalaşma qərarı hər an vəziyyəti dəyişə bilər. Ona görə də ev sahibləri bundan ehtiyat edirlər. Qiymətləri əvvəlcədən artırırlar ki,məzənnədə baş verən hər hansı dəyişiklik zamanı zərərə düşməsinlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275