DÜNYA

Məşhur neft maqnatı dünyasını dəyişdi
12 SENTYABR
90

Məşhur neft maqnatı dünyasını dəyişdi

2019-09-12 09:25:00

Dünya şöhrətli amerikalı kapitalist Tom Bun Pikens-balaca 92 yaşında vəfat edib.Fins.az xəbər verir ki, neft maqnatı 2017-ci ildə hündürlükdən yıxılaraq iflic olub və 2 ildir səhhəti ilə bağlı problemlər yaşayıb. 

Qeyd edək ki, Bun Pikens-balaca 1928-ci il mayın 22-də Oklahoma ştatında anadan olub. 1956-cı ildə “Mesa Petroleum” şirkətini quran biznesmen öz şəxsi neft imperiyasını yaradıb. O, ABŞ və Kanadanın neft emalı sahəsində müflis olmuş şirkətlərini alaraq daha da güclənib. Pikensin sərvəti 3 milyard dollar dəyərləndirilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır