DÜNYA

Tramp: Tək problemimiz Pauel və Fed-dir
21 AVQUST
122

Tramp: Tək problemimiz Pauel və Fed-dir

2019-08-21 17:32:00

ABŞ Prezidenti Donald Tramp, növbəti "Twitter" mesajında Çin və digər ticarət razılaşmaları üzrə danışıqların yaxşı vəziyyətdə getdiyini və tək problemin Fed sədri Cerom Pauel (Jerome Powell) ilə Fed olduğunu qeyd edib.

Pauelin yüngülcə vuruşu bacarmayan bir qolf oyunçusuna bənzədən Tramp, Fed sədrinin böyük bir faiz endiriminə gedərək "doğru şeyi etməsi vəziyyətində" ABŞ-ın güclü iqtisadi artım qeyd edəcəyini bildirib.

Tramp, "Ona güvənmirəm! Bu günə qədər səhv olduğunu söylədi və bizi yalnız üzüstə buraxdı",- deyib.

Tramp sözlərini bu şəkildə davam etdirib:

"Biz, faizi bizdən çox aşağı olan bir çox ölkə ilə rəqabət aparırıq və onlardan daha aşağıda olmalıyıq. Dünən, "ABŞ tarixindəki ən yüksək dollar" dediniz. İnflyasiya yoxdur, Oyan Fed. Belə iqtisadi artım potensialı, demək olar ki, əvvəllər heç vaxt olmayıb"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır