DÜNYA

Vahid Ələkbərovdan neft sazişi ilə bağlı kritik açıqlama
20 İYUN
296

Vahid Ələkbərovdan neft sazişi ilə bağlı kritik açıqlama

2019-06-20 19:56:00

“OPEC” təşkilatına üzv olan ölkələr və digər böyük hasilatçı ölkələr (“OPEC+”) arasında hasilat həcminin azaldılması ilə bağlı sazişdə Rusiyanın iştirakının məqsədəuyğunluğu ilə əlaqədar ölkənin neft şirkətləri arasında fikirayrılığı var. Fins.az -ım “RBC” agentliyiniə istinadən verdiyi məlumata görə bu sözləri “LUKOYL” şirkətinin səhmdarlar iclasında hesabatla çıxış edən şirkətin başçısı Vahid Ələkbərov deyib. Onun fikrincə, hazırda “OPEC+” sazişinin aqibəti qeyri-müəyyən olaraq qalır. “Hətta rus şirkətləri arasında bu sazişdə iştirakın məqsədəuyğunluğu ilə bağlı vahid mövqe yoxdur”, - deyə Ələkbərov bildirib. O, bu yolla neft bazarında volatillik riskinin davam etdiyini qeyd edib. Ötən həftə Rusiyanın energetika naziri Aleksandr Novak və maliyyə naziri Anton Siluanovun səsləndirdiyi ehtimallara əsasən “OPEC+” razılığa gələ bilməsə neft qiymətləri 40 dollardan 30 dollaradək ucuzlaşa bilər. Səhmdarların iclasında Ələkbərov qeyd edib ki, hazırda Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə dünya neft bazarında təklif tələbi üstələyir. “LUKOYL” şirkətinin başçısı bildirib ki, cari ilin ilk rübündə bu göstərici sutkada 0,7 milyon barel çox olub. “Birinci “OPEC+” sazişinin qəbul edildiyi 2016-cı ilin dekabr ayından bəri ABŞ neft hasilatını 35% artıraraq, demək olar sutkalıq 12 milyon barelə çatdırıb, bununla da dünyada birinci yerə çıxıb”, - deyə Ələkbərov aydınlıq gətirib. O, xatırladıb ki, 2020-ci ildə Amerikanın energetika nazirliyi gələcək artımın sutkalıq təxminən 1,5 milyon barel olacağını proqnozlaşdırır. Bir müddət əvvəl “Rosneft” şirkətinin rəhbəri İqor Seçin bununla əlaqədar Rusiyada neft hasilatının məhdudlaşdırılmasının zəruriliyini sual altına qoyub. O, əmin edib ki, “Rosneft” sazişin şərtlərinə əməl edəcək, amma eyni zamanda müvafiq itkilərin kompensasiyasını hökumətlə müzakirə edəcək. “Biz bazardakı payımızı qorumalıyıq”, - deyə Seçin qeyd edib. O, eyni zamanda əmin olduğunu bildirib ki, əgər Rusiya hasilatı azaltsa, Birləşmiş Ştatlar bazarda bu boşluğu dolduracaq. Bundan başqa, iyunun 14-ü “Qazpromneft” şirkətinin prezidenti Aleksandr Dyukov 2019-cu ilin ikinci yarısı üçün “OPEC+” çərçivəsində kvotalara düzəlişlərin edilməsini dəstəkləyib. Onun təşəbbüsünə əsasən bu dəyişikliklər bazarda balansı saxlamaq üçün ölkələrə hasilatı bir qədər artırmağa icazə verməlidir. Hasilat həcminin azaldılması ilə bağlı saziş hələ 2017-ci ildə qüvvəyə minib. Ötən ilin dekabr ayında müqavilənin müddəti uzadılıb. İndi sənədin müddəti cari ilin ortasında başa çatacaq. Əldə olunan razılığa görə “OPEC” ölkələri və digər hasilatçı dövlətlər 2019-cu ilin birinci yarısında hasilatı sutkalıq 1,2 milyon barel azaltmalıdırlar. Ələkbərov çıxışında neft sektorunda həyata keçirilən vergi siyasətini də tənqid edib: “Hərtərəfli sistemli yanaşma həyata keçirilməkdənsə, daha çox fərdi, ünvanlı güzəştlərin təqdim edilmə hallarına şahid oluruq”. Lakin Ələkbərov hesab edir ki, “LUKOYL” böyük investisiya layihələri və sabitliyi sayəsində bazardakı liderliyini qoruyub saxlaya biləcək: “Aktiv şəkildə inkişaf edirik, amma xərclərimizi şişirtmirik”. Xatırladaq ki, maliyyə naziri Siluanov Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda güzəşt mövzusuna toxunaraq, “LUKOYL” şirkətini nümunə çəkib. “İndi sadəcə oxuyuram: hörmətli “LUKOYL” şirkəti Konqoda şelfə 800 milyon dollar investisiya yatırıb. Biz isə onlara güzəşt təqdim edirik”, - deyə o bildirib. Şirkət Konqoda “Eni”nin layihəsinə qoşulmağı planlaşdırır. Şirkətin layihədəki payı 25% təşkil edə bilər. Yeri gəlmişkən, “Qazpromneft” və “Rosneft” də vergi güzəşti istəyib, özü də eyni yatağın – Priobski yatağının müxtəlif yerlərinə. Maliyyə Nazirliyinin hesablamalarına görə “Rosneft” üçün nəzərdə tutulan güzəştlər 10 ilə düşən gəlirlə 460 milyon rubla başa gələ bilər. Siluanov beynəlxalq iqtisadi forumda bildirib ki, dövlət “Rosneft” halında güzəştlərin zəruriliyini təhlil edəcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır