DÜNYA

OPEC+ iclasının vaxtı dəyişdirildi - DƏQİQ TARİX
19 İYUN
138

OPEC+ iclasının vaxtı dəyişdirildi - DƏQİQ TARİX

2019-06-19 14:28:00

OPEC-ə üzv və qeyri-üzv ölkələrin 6-cı iclasının iyulun 2-də Vyanada keçirilməsi qərara alınıb.Fins.az-ın məlumatına görə, bu barədə OPEC-in saytında məlumat yerləşdirilib.

İyulun 1-də isə OPEC ölkələrinin 176-cı iclası keçiriləcək.OPEC+ görüşünün vaxtı iyunun 25-27-də keçirilməsi planlaşdırılsa da Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri Yaponiyada G-20 sammitinə görə münasib vaxt olmadığını bildiriblər. Daha sonra görüşün vaxtının iyunun sonu, iyulun əvvəlinə dəyişdirilməsi təklif olunub, İranın neft naziri isə iyunun sonu tarixinin uyğun olmadığını və görüşün iyulun 11-də keçirilməsini təklif edib.

Ötən gün isə OPEC-in Birgə Texniki Komitənin iclasının iyunun 8-də, Birgə Monitorinq Komitəsinin iclasının iyulun 10-da, OPEC-in iclasının iyulun 11-də, OPEC+ görüşünün isə iyulun 12-də keçirilməsinin təklif edildiyi bildirilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır