DÜNYA

İran yeni silahını təqdim etdi
10 İYUN
174

İran yeni silahını təqdim etdi

2019-06-10 10:43:00

İranın "15 xordad" adlı havadan müdafiə sisteminin təqdimatını keçirib.

Trend-in məlumatına görə, təqdimat mərasimində çıxış edən İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əmir Hatəmi bildirib ki, yeni sistem İran ordusunun havadan müdafiə qüvvələrinə təhvil verilib.

Havadan müdafiə sisteminin özəlliklərinə toxunan iranlı nazir deyib ki, "15 xordad" havadan müdafiə sistemi eyni vaxtda 6 hədəfi izləyərək vura bilər.

Hatəmi əlavə edib ki, bu sistem 150 km yüksəklikdən 27 km yüksəkliyə və 7 km radiusdan 75 km radiusadək yüksəkliklərdə hədəfləri vura bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır