DÜNYA

İtaliyanın baş naziri istefaya gedə bilər
04 İYUN
160

İtaliyanın baş naziri istefaya gedə bilər

2019-06-04 11:07:00

İtaliyanın baş naziri Cuzeppe Konte istefaya getməyə hazırdır.

Fins.az xəbər verir ki, C.Konte bu barədə hökümət sarayında mətbuat konfransı zamanı deyib.

Baş nazir bildirib: "Mən hər siyasi qüvvədən seçim etməsini və hökümət müqaviləsinin nizamnaməsinə əməl etmək niyyətlətinin olub-olmamağı barədə bildirməyi çağırıram".

Onun sözlərinə görə, hər iki siyasi qüvvə öz vəzifəsini başa düşməlidir: "Əks halda mən öz mandatımdan imtina edəcəyəm".

Qeyd edək ki, C.Kontenin "5 ulduz" Hərəkatı" və "Liqa" partiyaları arasında davam edən fikir ayrılığı səbəbindən istefaya getməyə hazır olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır