DÜNYA

Dünyanın ən böyük şokolad fabrikinin işçiləri tətil edir
04 İYUN
137

Dünyanın ən böyük şokolad fabrikinin işçiləri tətil edir

2019-06-04 09:28:00

Dünyanın ən böyük şokolad fabrikinin işçiləri tətil edir.Fins.az-ın məlumatına görə,  Fransanın San-Maritim regionundakı şokolad yağları istehsalı ilə məşğul olan Vilye-Eskay Zavodunda çalışan 160 işçi altı gündür işə çıxmaqdan imtina edir.

Onların tələbi illik maaşlarının 4,5 faiz artırılması, 900 avro “Makron” qonorarının ödənilməsi və iş şəraitinin yaxşılaşdırılmasından ibarətdir.Tətil səbəbindən artıq “Nutella” və məşhur “Kinder Bueno” şokoladlarının istehsalı dayanıb.

Qeyd edək ki, Vilye-Eskay Zavodu gun ərzində 600 min qab “Nutella” istehsal edir.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır