DÜNYA

Vahid Ələkbərov 20,7 milyard dollarla ilk üçlükdə - Siyahı
18 APREL
324

Vahid Ələkbərov 20,7 milyard dollarla ilk üçlükdə - Siyahı

2019-04-18 12:27:00

“Forbes” jurnalı Rusiyanın ən zəngin biznesmenlərinin illik siyahısını dərc edib.

Fins.az-ın məlumatına görə, siyahıya “Sibura” və “Novatek” iri auksionerlərinin rəhbəri Leonid Mihelson liderlik edir. Onun sərvəti 24 milyard dollar miqdarında dəyərləndirilir. 

İkinci yerdə 21,3 milyard dollar sərvətlə “NLMK” şirkətinin direktorlar şurasının sədri Vladimir Lisin yer tutub.

Üçüncü yerdə isə 20,7 milyard dollar sərvətlə “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovqərarlaşıb. 

Onluğa daxil olan digər iş adamları aşağıdakılardır:

Aleksey Mordaşov- “Severstali” şirkətinin direktorlar şurasının sədri, 20,5 milyard dollar

Qennadi Timçenko – “Novateka” və “Sibura”nın direktorlar şurasının üzvü, 20,1 milyard dollar

Vladimir Potanin – “İnterros” holdinqinin rəhbəri və “Nornikel” şirkətinin prezidenti, 18,1 milyard dollar

Mixail Fridman – “LetterOne Holdings”in direktorlar şurasının üzvü, “Alfa-Qrupp”un sədri, 15 milyard dollar

Andrey Melnitsenko – “Evrohima” strateji komitəsinin sədri, 13,8 milyard dollar

Alişer Usmanov – “USM holding”in auksioneri və sahibi, 12,6 milyard dollar

Roman Abramoviç – “Milllhouse”investisiya şirkətinin sahibi, 12,4 milyard dollar

Qeyd olunur ki, siyahıya 100 dollar miyarderi və 100 multimilyoner daxil edilib. 200 zəngin insanın sərvəti ümumilikdə 496 milyard dollardır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır