DÜNYA

Rus oliqarxın Fransa prezident adminstrasiyası ilə əməkdaşlığı
12 FEVRAL
107

Rus oliqarxın Fransa prezident adminstrasiyası ilə əməkdaşlığı

2019-02-12 11:54:00

Fins.az-ın "Le Figaro"ya istinadən verdiyi məlumata görə, bu vaxta kimi geniş ictimaiyyətə tanış olmayan İsgəndər Mahmudovun adı bu yaxınlarda “Benallanın işi” ilə əlaqədar ortaya çıxıb”. (Fransa prezidentinin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Aleksandr Benallanın (Alexandre Benalla) adı ilə əlaqəli iş yerli mətbuat orqanlarında yayılan video materialdan sonra ictimai rezonansa səbəb olub. Həmin videoda Benallanın 1 may 2018-ci il Parisdə nümayiş zamanı mitinq iştirakçılarına qarşı güc tətbiq etdiyi nümayiş olunub. Adı çəkilən şəxs həmçinin rusiyalı biznesmen İsgəndər Mahmudov və jandarmeriyanın sabiq rezervisti, həmin vaxt hakim “İrəli, respublika” parityasının təhlükəsizlik məsələləri ilə məşğul olan Vensan Krazın (Vincent Crase) mühafizə şirkəti arasında əldə olunan müqavilədə vasitəçilikdə ittiham edilir – red.).Onun “Transmaşholdinq” şirkətinin minoritar səhmdarı olduğunu bildirir: “Dəmiryolları üçün mobil heyətin istehsalı ilə məşğul olan bu şirkət Fransanın “Alstom” maşınqayırma müəssisə ilə əlaqəlidir. Mahmudov böyük dövlət sifarişlərinin benefisiarı olub. 2014-cü ildə “Forbes” jurnalının dərc etdiyi “Dövlət sifarişi kralları” reytinqində biznesmen birinci yerdə qərarlaşıb. Dəmir yolu müəssisəsində payı azaldıqdan sonra o, bu adını itirib. Sahibkarlardan birinin də söylədiyi kimi, o, “kölgə tərəfdaşa” çevrilib”.“İsgəndər Mahmudov? həmçinin “Fransa-Rusiya dialoqu” assosiasiyasının tərəfdaşıdır. Assosiasiyaya Milli Məclisdə “Respublikaçılar” partiyasını təmsil edən, rusyönlü mövqeyi ilə tanınan Tyerri Mariani (Thierry Mariani) həmsədrlik edir. Biznesmen Kremlin təsir aləti hesab edilən əməkdaşlıq forumunda da aktiv iştirak etmir. Onun dinməz-söyləməz, təmkinli insan olduğu göz qabağındadır”, - deyə Avril məqaləsini yekunlaşdırır.Fransa prezident administrasiyasının keçmiş əməkdaşı cinayət araşdırmalarında adı hallanan varlı rus biznesmenlə müqavilədə vasitəçilik etməkdə şübhəli bilinir”. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259