DÜNYA

ABŞ iqtisadiyyatına “şatdaun”a görə həftəyə $1,2 milyardlıq itki təhlükəsi
11 YANVAR
112

ABŞ iqtisadiyyatına “şatdaun”a görə həftəyə $1,2 milyardlıq itki təhlükəsi

2019-01-11 16:00:00

Fəaliyyətini dayandıran ABŞ federal idarələri çalışmağa başlamasa, ölkə iqtisadiyyatı həftəyə 1,2 milyard dollaradək itki ilə üzləşə bilər.

Fins.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin iqtisadiyyat məsələləri üzrə müşaviri Kevin Hasset bildirib.

“Politico”nun qeyd etdiyinə görə, nəticədə ölkədəki iqtisadi artım cəmi 0,05 faiz azalsa da, ÜDM-in vəd edilən 3 faizlik dayanıqlı artımı hədəfinə çatmaq hökumət üçün çətinləşə bilər.

Xatırladaq ki, yeni ilin büdcəsi Konqres tərəfində vaxtında razılaşdırılmadığı üçün ötən il dekabrın 22-də federal idarələrin bir qismi fəaliyyətini dayandırmışdı “şatdaun” (shutdown).

Bundan əvvəl “Fitch” reytinq agentliyi “şatdaun”a görə ABŞ-ın suveren kredit reytinqinin azala biləcəyini bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264