DÜNYA

Nyu-York sakinləri şəhəri kütləvi şəkildə tərk edir
25 DEKABR 2018
269

Nyu-York sakinləri şəhəri kütləvi şəkildə tərk edir

2018-12-25 10:52:00

ABŞ-ın ən iri şəhərlərindən Nyu-Yorkun sakinləri şəhəri kütləvi şəkildə tərk edir.

Nəşr qeyd edir ki, hər gün təxminən 100 nəfər şəhərdən gedir. Şəhəri tərk edənlərin əksəriyyəti orta sinfin nümayəndələridir.

Məlumata görə, sakinlər şəhəri yüksək vergilərə və yaşayış xərclərinin çox olmasına görə tərk edir.

Analoji kütləvi miqrasiya ötən əsrin 30-cu illərində, “Böyük depressiya” vaxtı qeydə alınıb.

Qeyd edək ki, Nyu-York bu il dünyada ən çox turist axını olan şəhərlər sırasında yer alıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264