DÜNYA

Trampdan ABŞ-ın müdafiə nazirinin istefa istəyi barədə açıqlama
21 DEKABR 2018
138

Trampdan ABŞ-ın müdafiə nazirinin istefa istəyi barədə açıqlama

2018-12-21 10:02:00

Fins.az-ın məlumatına görə, Amerika lider Donald Tramp öz tvitter hesabında  ABŞ-ın müdafiə naziri Ceyms Mettisin 2019-cu ilin fevral ayının sonunda istefa vermək niyyətində olduğunu bildirib."General Mettis mənim administrasiyamda müdafiə naziri postunda iki illik xidmətdən sonra fevralın sonunda fərqlənmə ilə təqaüdə çıxacaq", - deyə o, bildirib.Tramp əlavə edib ki, Pentaqonun yeni rəhbəri vəzifəsinə namizədin adı "tezliklə" açıqlanacaq.ABŞ prezidenti bildirib ki, Mettis ona fəaliyyətində çox köməklik göstərib, xüsusilə də "müttəfiqləri və digər ölkələri üzərilərinə düşən öz hərbi öhdəlik paylarını ödəməyə məcbur etməkdə". Daha əvvəl Pentaqon rəhbəri istefaya gedəcəyi barədə xəbəri təkzib edib. Bu açıqlamadan sonra NBC telekanalı öz "Twitter" səhifəsində Pentaqon rəhbəri Ceyms Mettis 2019-cu ilin fevralında vəzifəsindən istefa verməsi ilə bağlı məsələyə münasibət bildirdiyi barəd yazıb. Açıqlamada bildirilir ki, ABŞ-ın müdafiə naziri Amerika prezidenti Donald Trampın özünə onun baxışları ilə daha uyğun olan kadr tapması üçün vəzifəsindən istefa vermək qərarına gəlib."Çünki sizin baxışlarınıza daha yaxın müdafiə nazirinə malik olmaq hüququnuz var...Hesab edirəm ki, mənim də vəzifəmdən istefa vermək hüququm var", — deyə o əlavə edib.Mettis öz məktubunda qeyd edib ki, ABŞ güclü müttəfiqlik əlaqələri olmadan və "müttəfiqlərə hörmət göstərmədən" öz maraqlarını müdafiə edə bilməz.Daha əvvəl ABŞ prezidenti Donald Tramp müdafiə nazirinin fevralın sonunda istefa verəcəyini bildirib.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264