DÜNYA

Türkiyənin xarici ticarət balansında kəsir 16% azalıb
30 NOYABR
124

Türkiyənin xarici ticarət balansında kəsir 16% azalıb

2018-11-30 14:34:00

Bu ilin okyabr ayında Türkiyədən ixracın dəyəri ötən ilin oktyabr ayı ilə müqayisədə 13% artaraq 15,719 mlrd. ABŞ dolları, Türkiyəyə idxalın dəyəri isə illik müqayisədə 23,8%azalaraq 16,176 mlrd. dollar təşkil edib. 

Fins.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Statistika İdarəsi məlumat yayıb.

Son nəticədə ay ərzində qonşu ölkənin xarici ticarət balansındakı kəsir 456 mln. dollar olub ki, bu da 1 il əvvələ nisbətən 93,8% azdır. Son 1 ildə ixracın idxalı qarşılama nisbəti isə 65,6%-dən 97,2%-ə yüksəlib. 

Yanvar-oktyabr aylarında isə Türkiyədən ixracın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% artaraq 138,7mlrd. dollar, Türkiyədə idxalın dəyəri isə 0,1% artaraq 190,327 mlrd. dollar təşkil edib. Bununla da, 10 ay ərzində xarici ticarətdə 51,627 mlrd. dollarlıq kəsir yaranıb ki, bu da 1 il əvvələ nisbətən 15,7% azdır. Son 1 ildə ixracın idxalı qarşılama nisbəti isə 67,8%-dən 72,9%-ə yüksəlib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256