DÜNYA

Türkmənistan istehsal etdiyi azot gübrələrinin ixracına başlayıb
17 OKTYABR
190

Türkmənistan istehsal etdiyi azot gübrələrinin ixracına başlayıb

2018-10-17 18:37:00

Türkmənistanın Balkan vilayətinin Qaraboğaz şəhərində sentyabrın 8-də istismara verilən "Qaraboğazkarbamid" zavodu azot gübrələrinin ilk ixrac partiyasını yola salıb.

Xarici istehlakçılara çatdırılacaq mineral gübrələrdən ibarət yük maşınları Türkmənbaşı Beynəlxalq Dəniz Limanına yola düşüb. "Qaraboğazkarbamid" zavodu sutkada 3,5 min ton, illik istehsal gücü 1 milyon 155 min ton azot və sutkada 2 ton ammiak istehsal edir.

Fins.az Türkmənistan Dövlət Statistika Komitəsinin məlumatına əsasən bildirir ki, 2018-ci ilin yanvar-sentyabr aylarında "Turkmənkimiya" şirkətlər qrupu tərəfindən mineral gübrələrin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 845,9 min ton təşkil edib.

azertac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258