DÜNYA

Tramp: "The New York Times" və "The Washington Post" müflisləşəcəklər"
07 İYUL
165

Tramp: "The New York Times" və "The Washington Post" müflisləşəcəklər"

2018-07-07 21:46:00

ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin iki aparıcı qəzeti – "The New York Times" və "The Washington Post" yeddi il sonra fəaliyyətini dayandıracaq.

Fins.az-ın xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb.

Onun fikrincə, buna səbəb qəzetlərin uydurma xəbərlər yaymasıdır.

Tramp hesab edir ki, "Twitter" sosial şəbəkəsi rekord templə saxta akkauntlardan qurtulur. Yalan xəbərlər yayan və akkaunt kimi çıxış edən, "Amazon" şirkətinin təbliğat maşını - "The New York Times" qəzeti, eləcə də daim istinadı olmayan, anonim mənbələrdən çıxış edən "The Washington Post qəzeti" yeddi il sonra müflisləşəcəklər.  

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253