DÜNYA

Gürcüstanın yeni hökumətinə nə vaxt etimad göstəriləcək? – TARİX
06 İYUL
131

Gürcüstanın yeni hökumətinə nə vaxt etimad göstəriləcək? – TARİX

2018-07-06 09:37:00

Gürcüstan parlamenti iyulun 15-də növbədənkənar iclasında yeni hökumətin tərkibinə etimad göstərəcək.

Fins.az-ın məlumatına görə, parlamentdə iyulun 13-dən başlayaraq nazir vəzifəsinə namizədlər və baş nazir Mamuka Baxtadze dinləniləcək.

Hökumətin yeni tərkibində bir neçə nazirin - ədliyyə naziri Tea Tsulukiani, barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, daxili işlər naziri Giorgi Qaxariya,  regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili,  xarici işlər naziri David Zalkaliani, səhiyyə naziri David Sergeenko və müdafiə naziri Levan İzoriyanın vəzifələrində qalacağı gözlənilir.

Təhsil və elm naziri Mixeil Çxenkeli və mədəniyyət və idman naziri Mixeil Giorqadzenin iki nazirliyin birləşdirilməsi səbəbindən vəzifələrini tərk edəcəkləri gözlənilir.

Qaçqınların İşi və Yerləşdirilməsi üzrə Nazirlik və Cəzaların İcrası və Probasiya Nazirliyinin səlahiyyətləri digər dövlət qurumlarına verildiyinə görə nazirlər Sozar Subari və Kaxa Kaxişvili də vəzifələrindən azad olunacaqlar. 

Maliyyə, iqtisadiyyat, təhsil, elm, mədəniyyət və idman naziri vəzifələrinə namizədləri baş nazir təqdim edəcək.

Qeyd edək ki, M. Baxtadzenin başçılıq etdiyi və 14 nazirlikdən ibarət müvəqqəti hökumət iyunun 20-dən fəaliyyət göstərir. Gürcüstanın yeni hökumətində 10 nazirlik və 1 dövlət naziri aparatı olacaq.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258