DÜNYA

Tramp OPEK ölkələrini benzinin qiymətini aşağı salmağa çağırıb
05 İYUL
89

Tramp OPEK ölkələrini benzinin qiymətini aşağı salmağa çağırıb

2018-07-05 09:42:00

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, OPEK ölkələri benzinin qiymətinin azaldılması üçün kifayət qədər səy göstərmirlər.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az xəbər verir ki, bu barədə Amerika lideri özünün "Twitter" səhifəsində yazıb.

Ağ Ev rəhbəri bildirib ki, ABŞ hələlik müxtəlif üzv ölkələrin müdafiəsini təmin edir, qiymətlər artmaqda davam edir.

"Küçədə hərəkət ikitərəfli olmalıdır. Qiymətləri dərhal endirin!", - deyə o əlavə edib.

Tramp əvvəllər OPEK ölkələrinə neftin qiymətlərini aşağı saxlamağa çağırıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272