DÜNYA

Bu ölkədə aviadaşımalar üçün yeni vergi tətbiq olunacaq
28 İYUN
147

Bu ölkədə aviadaşımalar üçün yeni vergi tətbiq olunacaq

2018-06-28 14:41:00

İndoneziya vergi orqanları tərəfindən ölkədəki ən sıx hava limanı olan Sukarno-Hatta hava limanından uçuş üçün yeni vergi tutulacaq.

Belə ki, 1-ci terminaldan həyata keçirilən yerli uçuşlar üçün vergilər 50 min İndoneziya rupisindən (1.41 ABŞ dolları) 170 min rupiyə (4.8 dollar) qaldırılacaq. 2-ci terminaldan isə daxili uçuşlar üçün yığım 60 min rupidən (1.7 dollar) 220 min rupiyə (6.27 dollar), 3-cü terminaldan beynəlxalq reyslər üçün vergi isə 200 min rupidən (5.65 dollar) 230 min rupiyə (6.97 dollar) qaldırılıb.

Üçüncü terminaldan daxili reyslər, 2-ci terminaldan beynəlxalq reyslər üçün dərəcələr dəyişməyib.

© BBN.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255