DÜNYA

Çin Tayvana görə ABŞ-a sərt XƏBƏRDARLIQ etdi
13 İYUN
152

Çin Tayvana görə ABŞ-a sərt XƏBƏRDARLIQ etdi

2018-06-13 13:36:00

Çin ABŞ və Tayvanın mümkün hər hansı bir rəsmi əlaqəsinə qarşı çıxdı.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının Dəftərxanasının Tayvan işləri üzrə nümayəndəsi Ma Syaoquan bəyan edib.

O, Tayvanda açılmış yeni Amerika İnstitutunun kompleksinə şərh bildirərkən Tayvan və ABŞ arasında hər hansı bir rəsmi əlaqəyə qarşı çıxıb.

“Regionda Sülh və stabillik və iki tərəfli əlaqələrin pozulmaması üçün Birləşmiş Ştatlar Pekin və Vaşinqton arasında imazalanmış "bir Çin" və üç birgə komitə prinsipinə riayət etməlidir” – Syaouqan bildirib.

Dünən isə Çinin XİN-nin rəsmi nümayəndəsi Qen Şua “adada Amerikanın de-fakto səfirliyinin açılması” ilə əlaqədar ABŞ-a sərt bəyanat verib.

Qeyd edək ki, Çində XX əsrin ortalarında komunistlər ilə yerli hakimiyyət tərəfdarları arasında baş vermiş vətəndaş müharibəsində ikinci tərəf məğlub olub. Nəticədə 1949-cu ildə Çan Kayşinin başçılığı ilə məğlub tərəf Tayvan adasına sığınır və burada öz hakimiyyətlərini qurular. Onlar kamusintlər tərəfindən ələ keçirilmiş və dəyişdirilmiş keçmiş Çinin bayraq, valyuta və bir sıra digər atributlarını saxlayıblar. Rəsmi Çin isə hələ də adanı özünün bir vilayəti hesab edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267