DÜNYA

Dünyanın ən bahalı futbol klubunun adı açıqlanıb
24 MAY
363

Dünyanın ən bahalı futbol klubunun adı açıqlanıb

2018-05-24 15:12:00

İngiltərə təmsilçisi “Mançester Yunayted” dünyanın ən bahalı futbol klubudur.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, bu barədə beynəlxalq audit təşkilatı olan KPMG-nin hesabatında bildirilir. Mançester klubunun aktivləri 3,25 milyard avro təşkil edir. “Qırmızı şeytanlar” 2015/2016 və 2016/2017 mövsümlərinin yekunlarına əsasən, bazar kapitallaşması səviyyəsinə görə 32 klubun yer aldığı siyahıda birinci yerdədir.

Sıralamada növbəti iki yeri İspaniya klubları tutur. “Real Madrid” 2,92 milyard avro ilə ikinci, “Barselona” isə 2,78 milyard avro ilə üçüncüdür.

Ən bahalı klubların siyahısına Almaniyanın “Bavariya” (2,55 milyard avro) və İngiltərənin “Mançester Siti” (2,16 milyard avro) klubları da düşüb.

Eləcə də bax: Rusiyanın Hesablama Palatasının sədri: Neftin qiyməti 50 dollara düşəcək

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267