DÜNYA

Rusiya ilə ABŞ arasında hava reysləri dayandırıla bilər
20 APREL
153

Rusiya ilə ABŞ arasında hava reysləri dayandırıla bilər

2018-04-20 09:49:00

Vaşinqtonun viza siyasəti ucbatından Rusiya və ABŞ arasında hava əlaqəsi kəsilə bilər.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, bu barədə Rusiyanın XİN-nin məlumatında deyilir.

“Bizim ölkələr arasında hava əlaqəsinin kəsiləcəyini istisna etmək olmaz.  Rusiya və ABŞ arasında müntəzəm olaraq hava reysləri həyata keçirən yeganə hava yolları şirkəti  “Aeroflot” uçuşları dayandırmağa məcbur ola bilər.

Belə ki, ekipaj üzvləri ABŞ vizası almaqla bağlı bir sıra çətinliklərlə üzləşir”, - deyə məlumatda qeyd olunur.

Nazirlik bildirir ki, 1994-cü ildə ABŞ və Rusiya arasında bağlanmış hava əlaqəsi haqqında Sazişə əsasən Vaşinqton sərnişin təyyarələrinin ekipaj üzvlərinə vaxtlı-vaxtında viza verilişini təmin etməyi öhdəsinə götürüb.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267