DÜNYA

Gürcüstanda yeraltı qaz anbarının tikintisi təxirə salınıb
13 APREL
203

Gürcüstanda yeraltı qaz anbarının tikintisi təxirə salınıb

2018-04-13 11:23:00

Gürcüstanda əsasən Azərbaycanın “Şahdəniz” yatağından tədarük olunan qazın saxlanılması üçün nəzərdə tutulan yeraltı anbarın tikintisi təxirə salınıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az xəbər verir ki, anbarın tikintisinin 2018-ci ilin birinci yarısında başlanılması gözlənilsə də, inşa işləri ilə bağlı müqavilə bu ilin ikinci yarısında imzalanacaq.

Yeraltı qaz anbarının tikintisi ilə bağlı elan olunmuş tenderin ilk mərhələsi başa çatıb. Hazırda tenderə təqdim olunmuş təkliflərin texniki detallarına baxılır. İkinci mərhələdə təkliflərin maliyyə detalları nəzərdən keçiriləcək.

Qeyd edək ki, qonşu ölkədə qaz anbarının tikintisi layihəsinin ümumi dəyəri təxminən 300 mln. dollar təşkil edir. Avropa İnvestisiya Bankı  anbarın tikintisinə 100 mln. dollar maliyyə vəsaiti ayıracaq.

Anbarın Tbilisinin Samqori rayonunda tikilməsi planlaşdırılır. Yeraltı qaz anbarının tikintisinin 2020-ci ilə qədər başa çatdırılması nəzərdə tutulur. Qaz anbarında 300 mln. kubmetrədək qaz saxlamaq mümkün olacaq ki, bu da Gürcüstanın illik qaz istehlakının təxminən 15%-ni təşkil edir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273