DÜNYA

Gürcüstanda lombard və bank borclularının sayı artır
02 APREL
177

Gürcüstanda lombard və bank borclularının sayı artır

2018-04-02 14:43:00

Gürcüstanda lombardlara və banklara borcu olan insanların sayı durmadan artır. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az  xəbər verir ki, 2017-ci ilin sonunda Gürcüstanda 609,4 min nəfər lombard borclusu qeydə alınıb.  

Ötən il vətəndaşlar lombardlardan 405,8 milyon lari (təqribən 166,6 milyon dollar) kredit götürüb. Kreditlərin 64,7%-i milli valyutada, 35,3%-i isə xarici valyutada verilib.

Lombarda borcu olanların 99,4%-i fiziki şəxslərdir. Bunların da 76,1%-i paytaxt Tbilisidə yaşayanlardır. 2-ci yerdə Acariya (9,9%), 3-cü yerdə İmeretiya (4,8%), 4-cü yerdə isə Sameqrelo-Zemo Svanete (4,4%) bölgəsi gəlir. Lombardlara ən az borcu olan region isə əsasən azərbaycanlıların yaşadığı Kvemo Kartli bölgəsidir (2,8%). 

Gürcüstan əhalisinin banklara borc da çoxdur. Bəzi ekspertlər əhalinin 80%-nin bank kreditləri ilə əhatə olunduğunu deyirlər. İqtisadi məsələlər üzrə mütəxəssis Mixail Dundua bildirib ki, bu göstərici ilə Gürcüstan dünyada 1-ci yerdədir və sözügedən nisbət Beynəlxalq Valyuta Fondunun hesabatında da qeyd olunub. 

Gürcüstanda kredit bürosu kimi fəaliyyət göstərən İslandiyanın "Creditinfo" təşkilatının direktoru Sandro Qomiaşvili isə deyib ki, 2016-cı ildə banklara kreditlə bağlı 12,5 mln. müraciət olub. 2017-ci ildə isə müraciətlərin sayı 25 mln.-u ötüb. Kredit almaq istəyənlərin böyük əksəriyyəti hüquqi şəxslərdir. 

Onun sözlərinə görə, 3,7 mln. əhalisi olan ölkə üçün bu, çox böyük göstəricidir. Son nəticədə ölkə əhalisinin 80%-nin krediti var. Bununla belə, kredit ödənişlərində ciddi problemlər yaşanmır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267