DÜNYA

Ötən il Rusiya vətəndaşlarının 40 mlrd. dollara yaxın kredit borcu silinib
28 MART
167

Ötən il Rusiya vətəndaşlarının 40 mlrd. dollara yaxın kredit borcu silinib

2018-03-28 15:03:00

Rusiyanın Məhkəmə İcraçıları Federal Xidmətinin əməkdaşları ötən il ölkə vətəndaşlarının 2,2 trln. rubl (38,6 mlrd. ABŞ dolları) məbləğində problemli kredit borclarını siliblər. 

Fins.az xəbər verir ki, bu borcların imkansızlıq ucbatından ödənilməsi mümkün olmayıb. 

Son nəticədə 16,9 mln. kredit müqaviləsinə xitam verilib. 

Qeyd edək ki, sözügedən göstəricilər 2016-cı 1,9 trln. rubl (33,3 mlrd. dollar) və 14,3 mln. müqavilə təşkil edib. 

2017-ci ilin sonuna rusiyalıların 50%-dən çoxunun bağlanmamış krediti olub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278