DÜNYA

OPEC fevralda Vyana sazişini 147% yerinə yetirib
15 MART
161

OPEC fevralda Vyana sazişini 147% yerinə yetirib

2018-03-15 15:01:00

2016-cı ilin oktyabr ayı ilə müqayisədə bu ilin fevral ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) gündəlik hasilatı 1,73 mln. barel azaldıb və OPEC+ sazişini 147% yerinə yetirib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin mart ayı üçün hazırladığı hesabatda deyilir.

Sənədə əsasən, fevralda OPEC-in neft hasilatı yanvarla nisbətdə sutkada 70 min barel azalıb və sutkalıq 32,1 mln. barel təşkil edib.

Liviya və Nigeriya istisna olmaqla, OPEC ölkələri yanvar ayı ilə müqayisədə hasilatı gündəlik olaraq 110 min barel - sutkalıq 29,38 mln. barelə qədər azaldıblar.  

Qeyd edək ki, 2018-ci ilin əvvəlinə qədər sazişlə bağlı öhdəlikdən azad edilən Nigeriya və Liviya fevral ayında hər biri sutkalıq hasilatı 20 min barel artırıblar.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272