DÜNYA

Britaniyada şahzadənin toy günü spirtli içkilərin satış müddəti uzadılacaq
08 YANVAR
319

Britaniyada şahzadənin toy günü spirtli içkilərin satış müddəti uzadılacaq

2018-01-08 16:26:00

Böyük Britaniyada şahzadə Harrinin bu ilin mayında amerikalı aktrisa Meqan Markl ilə toy günü və həmin ərəfədə spirtli içkilərin satışına icazə müddəti uzadılacaq.

Fins.az-ın məlumatına görə, qəbul edilən qərara əsasən, bu ilin 18-19 may tarixlərində Böyük Britaniyada spirtli içkilər yerli vaxtla saat 01:00-dək satılacaq.

Hazırda ölkədə spirtli içkilərin satışı saat 23:00-dək həyata keçirilir.

Bu cür güzəştlər daha əvvəl kraliça II Yelizavetanın 90 illik yubileyi, şahzadə Uilyamın toyu, eləcə də 2014-cü il futbol üzrə dünya çempionatı müddətində tətbiq olunmuşdu.

Qeyd edək ki, şahzadə Harri ilə Meqan Marklın toyu bu il mayın 19-da keçiriləcək.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254