DÜNYA

Azərbaycanın qlobal iqtisadiyyatda payı 0,05%-dir
24 NOYABR
278

Azərbaycanın qlobal iqtisadiyyatda payı 0,05%-dir

2017-11-24 18:18:00

Azərbaycanın dünya iqtisadiyyatında xüsusi çəkisi 0,05% təşkil edib. Fins.az xəbər verir ki, bu barədə saytın Beynəlxalq Valyuta Fondunun (IMF) 2017-ci il oktyabr ayı üzrə icmal hesabatı və data xəritəsinə əsasən hazırlanan məlumatda bildirilir.

Hesabata görə, dünya iqtisadiyyatında ən böyük pay (24,42%) ABŞ iqtisadiyyatına aiddir. Onu, 15,06% xüsusi çəkiyə sahib olan Çin iqtisadiyyatı izləyir. Yaponiya iqtisadiyyatının dünya iqtisadiyyatında xüsusi çəkisi 6,16%, Almaniyanın 4,61%, Fransanın 3,25%, Britaniyanın 3,24%, Hindistanın isə 3,08% təşkil edir.

Postsovet ölkələrinin məcmu iqtisadiyyatının dünya iqtisadiyyatında xüsusi çəkisi isə 2,63%-ə bərabərdir. Bu ölkələr arasında Rusiya ilk sırada qərarlaşıb. Onun dünya iqtisadiyaytında payı 1,85% təşkil edir. Qazaxıstan 0,2%, Ukrayna 0,13%, Özbəkistan 0,09%, Belarus 0,07%, Litva 0,06%, Türkmənistan 0,05% və Azərbaycan 0,05% xüsusi çəkiyə malikdir. Postsovet ölkələri arasında son sıranı 0,01% payla Qırğızıstan tutur. Gürcüstanın xüsus çəkisi 0,02%, Ermənistanınkı isə 0,01%-ə bərabərdir.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289