DÜNYA

Rusiya iqtisadiyyatında bərpa mərhələsi bitmək üzrədir
21 NOYABR 2017
229

Rusiya iqtisadiyyatında bərpa mərhələsi bitmək üzrədir

2017-11-21 15:05:00

Son aylar ərzində Rusiyada istehlakçıların real gəlirlərində azalma prosesi sürətlənib, investisiyalarda artım isə zəifləyib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, iqtisadi göstəricilər arasında ən müsbət əhalinin real əmək haqlarındakı artım olub.

Hollandiyanın "ING Bank" investisiya bankının Rusiya və MDB üzrə baş iqtisadçısı Dmitri Polevoy hesab edir ki, oktyabr ayında real əmək haqlarında artım 4,3%, sentyabrda 4,4%, ilin əvvəlindən isə 3% təşkil edib.

Digər göstəricilər isə əsasən mənfi təsir bağışlayır. Belə ki, oktyabrda əhalinin real gəlirləri 1,3% azalıb. Bundan əvvəlki iki ayda müvafiq olaraq 0,3% azalma qeydə alınıb. Real gəlirlər son 4 ildə durmadan azalır. "Fitch" beynəlxalq reytinq agentliyinə görə, 2013-cü ildən etibarən əhalinin real gəlirləri 11% azalma göstərib. Real gəlirlərdəki azalma istehlak xərclərini azaldır. Oktyabr ayında inşaat sektorunda geriləmə isə 3,1% təşkil edib.

İnvestisiyalarda artım II rübdə 6,3% olub, III rübdə isə 3,4%-ə düşüb. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinaya görə, Rusiya iqtisadiyyatında bərpa mərhələsi başa çatıb və bu ilin yekununda 1,8%-lik iqtisadi artım proqnozlaşdırlır. Nabiullina bildirib ki, Rusiya iqtisadiyyatı hazırda potensial inkişaf həddinə yaxın artım göstərir.

Rusiyanın Qaydar İnstitutu və Rusiya Prezidenti yanında Xalq təsərrüfatı və dövlət xidməti Akademiyasının birgə hazırladığı hesabatda qeyd olunub ki, neft bazarının cari vəziyyəti və struktur islahatlarının aparılmaması halında ölkə iqtisadiyyatının heç bir perspektivi yoxdur.

© Repot

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272