DÜNYA

Meksika neft qiymətlərinin düşməsinə 1,25 mlrd. dollar yatırıb
01 NOYABR
351

Meksika neft qiymətlərinin düşməsinə 1,25 mlrd. dollar yatırıb

2017-11-01 15:19:00

Mütəmadi olaraq neft satışlarını hedc edən yeganə ölkə olan Meksika bu il adı çəkilən əməliyyatlara 1,25 mlrd. dollar yatırıb. Fins.az Report-a  istinadən xəbər verir ki, Meksika hər il "Put" opsiya kontraktları alır. Bu kontraktlar həmin ilin dekabr ayından sonrakı ilin noyabrına qədər qüvvədə olur. Əgər qiymətlər düşərsə, Meksika bu kontraktlardan gəlir əldə edir.

Bu dəfə isə Meksika Maliyyə Nazirliyi neftin 50 dollar/bareldən aşağı düşməsi ehtimalına qarşı özünü hedc edib. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Meksika adətən neft bazarında eyforiya yaşanan zaman, yəni qiymətlər yüksələndə və müsbət əhval-ruhiyyə yarananda özünü hedc edir.

Ötən il Meksika hedc əməliyyatlarına 1,03 mlrd. dollar yatırıb. İlk belə əməliyyat 2001-ci ildə bağlanıb və bu zaman kontraktların ümumi dəyəri 217 mln. dollar təşkil edib. Xatırladaq ki, 2009-cü ildə neft qiymətlərinin kəskin düşməsindən Meksika 5,1 mlrd. dollar qazanıb. Meksika dünyada neft hasilatına görə 10-cu yeri tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291